“Barselona” 3 futbolçunun maaşını azaltmaq istəyir
“Barselona” yeni futbolçular almaq üçün komandanın lider oyunçularının maaşlarını azalda bilər.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Kataloniya klubunun maliyyə feyr-pley qaydalarına əməl etməkdə problemi var. Bu da yayda yeni transferlərə mane ola bilər.
“Barselona” rəhbərliyi maaşlarının azaldılması məsələsini komandanın təcrübəli üzvləri – Jordi Alba, Serxio Buskets və Jerar Pike ilə müzakirə etməyi planlaşdırır.
“Barselona” maaşlar, təxirə salınmış ödənişlər və bonuslar nəzərə alınmaqla, növbəti mövsümdə Alba, Buskets və Pike üçün təxminən 100 milyon avro xərcləməli olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin