“Barselona” 3 futbolçunu yola salmağı planlaşdırır

“Barselona” maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün bir neçə futbolçu ilə ayrılmağı planlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyinin ilk olaraq yollarını ayıracağını gözlədiyi oyunçuların siyahısına mərkəz müdafiəçiləri Kleman Lanqle və Mikail Faye, həmçinin hücumçu Vitor Roke daxildir.

İndi “Barselona” cari transfer pəncərəsi bağlanana qədər hər üç futbolçunun gedişi üzərində fəal işləyir. Kataloniya nəhəngi yeni oyunçular ala bilmək üçün maaş xərclərini azaltmalıdır.

“Barsa” La Liqanın ilk turunun matçında səfərdə “Valensiya”ya qalib gəlib (2:1).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button