“Barselona” 3 futbolçu ilə yollarını ayırmağı planlaşdırır

“Barselona” Asiya turu başlamazdan əvvəl üç futbolçusu ilə yollarını ayırmağı planlaşdırır.

Komanda.az xəbər verir ki, bu barədə “Diario Sport” saytı məlumat yayıb.

Kataloniya klubu artıq qapıçı İnyaki Penya, hücumçu Pau Viktor və yarımmüdafiəçi Oriol Romeu ilə əməkdaşlıqda maraqlı deyil.

“Barsa” ötən mövsüm Hans-Diter Flikin rəhbərliyi altında İspaniya çempionu olmaqla yanaşı, ölkə kubokunun qalibi olub.

İspaniya La Liqasında yeni mövsümə gələn ayın ortalarında start veriləcək. “Barselona” çempionatın ilk turunda doğma meydanda “Malyorka” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button