“Barselona” 3-cü transferə hazırlaşır – 12 yanvarda açıqlanacaq
“Barselona” qış transfer pəncərəsi dövründə növbəti transferini reallaşdırmağa hazırlaşır.
Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi Hollandiyanın “Ayaks” klubunda forma geyinən Frenki de Yonqu transfer etməyə yaxındır. Bu barədə İspaniyanın “As” nəşri məlumat yayıb.
“Barselona”nın 22 yaşlı yarımmüdafiəçi üçün “Ayaks”la danışıqlar apardığı, keçidin yaxın günlərdə rəsmiyyət qazanacağı bildirilir.
“Barsa” De Yonq üçün klubuna 75 milyon avro ödəyəcək. Transferin yanvarın 12-də açıqlanacağı gözlənilir.
“Barselona” qış transfer pəncərəsi dövründə “Valensiya”dan Ceyson Murilyonu, “Tuluza”dan isə Jan-Kler Todibonu heyətinə qatıb. Murilyo icarə əsasında mövsümün sonuna qədər “Barselona”da çıxış edəcək. Todibo isə 2019/20 mövsümündə Kataloniya təmsilçisinə qoşulacaq.
Bizi Facebook-da izləyin