2025-ci ilin məğlubiyyətsiz komandası

“Barselona” İspaniya çempionatının 25-ci turunda səfərdə “Las Palmas” üzərində 2:0 hesablı qələbəni bayram edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Las Palmas” üzərində qələbə Kataloniya klubunun ardıcıl 5-ci qələbəsi olub.

“Barselona” 2025-ci ildə məğlubiyyətsizdir. Komanda ilin əvvəlindən 11 dəfə qalib gəlib və iki görüşdə heç-heçə edib.

Kataloniya klubu İspaniya çempionatının 25 turundan sonra 54 xal toplayıb və turnir cədvəlinə başçılıq edir. Flikin komandası ikinci yerdə qərarlaşan “Atletiko”nu bir xal qabaqlayır. İlk üçlüyü bir oyun az keçirən “Real” tamamlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button