“Barselona” 45 milyon avro ödəməyə hazırdır – 18 yaşlı hücumçu üçün
“Barselona” klubu “Atletiko Paranaense”nin hücumçusu Vitor Roke üçün 45 milyon avro ödəməyə hazırdır.
Komanda.az “Goal”-a istinadən xəbər verir ki, potensial transferin yekun məbləği hələ müəyyən edilməyib. Lakin “Barselona” transfer müqaviləsində sabit ödənişlə yanaşı, keçid üçün müxtəlif variantları da öyrənir.
Braziliya klubunun rəhbərliyi hələ ki, rəsmi təklif almayıb. Onlar başa düşürlər ki, Rokenin müqaviləsində qeyd olunan 60 milyon avroluq sərbəst qalma maddəsindəki məbləği ala bilməyəcəklər.
18 yaşlı hücumçuya “Barselona”dan başqa, İngiltərənin “Arsenal”, “Çelsi” və “Nyukasl”, həmçinin Fransanın PSJ klubları da maraq göstərir.
Roke artıq Braziliya yığmasında debüt edib. Onun “Atletiko Paranaense” ilə müqaviləsi 2027-ci ilə qədərdir.
Bizi Facebook-da izləyin