“Barselona” 15,7 milyon avro cərimələnib!
“Barselona” futbolçuların ödənişlərini pozduğuna görə 15,7 milyon avro cərimələnib.
Komanda.az “El Confidencial”-a istinadən xəbər verir ki, İspaniyanın vergi orqanları iddia edilən qanun pozuntuları ilə bağlı araşdırmanı yekunlaşdırıb və “Barsa”ya maliyyə cəriməsi kəsib.
Bu pozuntular “Audi” avtomobillərinin komanda üzvlərinə verilməsi, çarter reyslərinə ödənişlər barədə məlumatların verilməməsi və türkiyəli sabiq futbolçu Arda Turanla (1 312 500 avro) Aleksandr Sonqun (3,5 milyon avro) aldıqları təzminatın düzgün qeydə alınmaması ilə bağlıdır.
İstintaq 2019-cu ildə başlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin