“Barselona” əfsanələrinə hörmət etmir?
“Barselona”nın prezidenti postuna keçmiş namizəd Viktor Font Xavinin klubdan getməsinə münasibət bildirib.
Komanda.az “The Atletic”-ə istinadən xəbər verir ki, ispaniyalı funksioner baş verənlərin tamamilə anormal olduğunu söyləyib:
“Xavi komandanı çalışdırmaq istəyirdi, lakin baş verənlər tamamilə anormaldır. Mən “Barselona”nın əfsanələrə hörmət edən və onları arxa qapıdan qovmayan insanların idarə etməsini istərdim. Eyni şey Lionel Messiyə qarşı da oldu – bu, klubun tarixindəki ən böyük səhvdir”.
Xavi 2023/24 mövsümünün sonunda “Barselona”nın baş məşqçi postunu tərk edib. Onun yerinə alman mütəxəssis Hans-Diter Flik dəvət olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin