
ÇL: “Məncə, “İnter”in müəyyən üstünlüyü var”
“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini UEFA Çempionlar Liqasının yarımfinalında keçiriləcək “Barselona” – “İnter” matçı ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis milanlıların müəyyən üstünlüyünün olduğunu bildirib:
“İnter”lə “Barselona”nın qarşıdurması möhtəşəm olacağını vəd edir. “Barsa”nın fantastik gənc komandası var, ancaq “İnter” də finala çıxmaq üçün lazım olan hər şeyə sahibdir. Məncə, milanlıların müəyyən üstünlüyü var, ancaq bunu meydanda sübut etmək lazımdır”.
İlk oyun sabah “Barselona”nın meydanında, cavab qarşılaşması isə mayın 6-da Milanda keçiriləcək. İki oyunun nəticəsinə əsasən, qalib komanda finalda PSJ və ya “Arsenal”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



