Pike: “Barselona” mənim bütün həyatım idi”

İspaniya millisinin sabiq müdafiəçisi Jerar Pike “Yuventus”a baş tutmayan keçiddən danışıb. Turin klubu onunla 2007-ci ildə maraqlanıb.

Komanda.az “Sky Sport Italia”-ya istinadən xəbər verir ki, ispaniyalı keçmiş futbolçu, arzusunun “Barselona”ya keçmək olduğunu bildirib:

“Yuve” mənimlə həqiqətən maraqlanırdı. Onlar “Barselona” ilə eyni vaxtda danışıqlara başladılar. Bununla belə, arzum Kataloniya klubuna keçmək idi. O vaxt “Yuventus” Avropada böyük güc idi, amma “Barsa” mənim bütün həyatım idi. Mən yalnız ora getmək istəyirdim”.

Pike 2008-2022-ci illərdə “Barselona”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button