Barış oynamadı, komandası…
Futbol üzrə Avstriya 2-ci liqasında 10-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının üzvü Barış Ekincierin formasını geyindiyi Klaqenfurt “Austria”sı da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Juniors”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
Barış bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Austria” hazırda 22 xalla 16 kollektiv arasında 1-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin