
Banişevskinin olmadığı rəmzi komanda – FOTO
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası SSRİ futbol tarixinin rəmzi komandasını açıqlayıb.
Komanda.az xəbər verir ki, 4-2-4 taktiki sxemi ilə hazırlanmış rəmzi heyətdə “Neftçi”nin sabiq baş məşqçiləri Anatoli Demyanenko və İqor Netto da yer alıblar. “Neftçi”nin və SSRİ millisinin mərhum futbolçusu Anatoli Banişevski isə heyətdə yer almayıb:
Qapıçı: Lev Yaşin;
Müdafiəçilər: Vladimir Bessonov, Albert Şesternyov, Murtaz Xurtsilava, Anatoli Demyanenko;
Yarımmüdafiəçilər: Valeri Voronin, İqor Netto;
Hücumçular: İqor Çislenko, Eduard Streltsov, Oleq Bloxin, Qrigori Fedotov;
Netto 1979-cu ildə, Demyanenko isə 2008-ci ildə “Nefçti”yə rəhbərlik edib.
Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin