Banişevskinin adını daşıyan stadiondakı qoyunlar kimindir?
Rəşad Ergün
AFFA-nın qəttəzə prezidenti Rövşən Nəcəflə milli komandanın “çiçəyi burnunda” baş məşqçisi Fernandu Santuş üzlərini tutublar azərbaycanlı jurnalistlərə və deyiblər:
Bizdən nə istəyirsiz?
- Lənkaran stadionunu biz dağıtmışıq?
- Masallıda Banişevskinin adını daşıyan stadionda otlayan qoyunlar bizimdir?
- Şəmkirdə, İmişlidə stadion tikib, sonra mal-qara otlağına çevirən bizik?
- “Bakı” klubunun o boyda bazasını, uşaqlar üçün olan meydançaları yerlə-yeksan edib, yerində yaşayış binaları ucaldan, marketlər, gözəllik salonları açan bizik?
- Qəsəbələrdə, məhəllələrdə futbol meydançalarını bir gecənin içində dağıdıb, yerində obyekt inşa edən bizik?
- “Vopşe” sizin nəyiniz, hansı sahəniz inkişaf edib ki, yapışmısız futbolun, dolayısı ilə də bizim yaxamızdan?
- Əziz jurnalistlər, bizdən nə istəyirsiz? Başqalarından istəməli, tələb etməli olduğunuz zadları bizdən niyə istəyib, tələb edirsiz? AFFA prezidenti olmaq, milli komandanın baş məşqçisi olmaq cəmi Azərbaycanın və cəmi azərbaycanlıların bütün problemlərini həll etmək deyil!
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin