
Baneqa keçmiş klubuna qayıtmağa yaxındır
“Əl-Şabab”ın yarımmüdafiəçisi Ever Baneqa karyerasını Argentinada davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçu “Boka Xuniors”a qayıtmaq istəyir.
Baneqa 2006-2007-ci illərdə “Boka Xuniors”un heyətində çıxış edib. Yarımmüdafiəçi bu mövsüm 18 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin