Balotellinin qardaşı da Türkiyə klubuna keçdi

Bu yay Türkiyənin “Adana Dəmirspor” klubu ilə müqavilə imzalayan Mario Balotellinin qardaşı da bu ölkəyə üz tutub.

Komanda.az xəbər verir ki, söhbət İtaliya millisinin sabiq forvardının kiçik qardaşı Enok Barvuadan gedir.

28 yaşlı futbolçu “Menemenspor”a keçib. O, TFF 1-ci liqa klubu ilə 1 illik müqavilə imzalayıb.

Enok Barvua da böyük qardaşı kimi hücumçudur. O, son olaraq İtaliyanın D Seriyası təmsilçisi “Karavacco” klubunun uğurları üçün çalışıb. Xeyli müddətdir klubsuz olan Barvua, Balotelli ilə birgə Türkiyəyə gəlib. O, elə həmin dövrdən “Adana Dəmirspor”da qardaşıyla birgə məşq edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button