
Bolqarıstan klubu Balotelli ilə danışıqlar aparır
Bolqarıstanın ÇSKA (Sofiya) klubunun Mario Balotelli ilə danışıqlar apardığı barədə məlumat yayılıb.
Komanda.az DAZN-a istinadən xəbər verir ki, 34 yaşlı futbolçunun özü gələcəyi ilə bağlı mövzuya münasibət bildirib:
“Arzum İtaliyaya qayıdıb A Seriyasında oynamaqdır. Bəli, xarici klublardan təkliflər alıram, amma İtaliyaya qayıtmaq istədiyim üçün hələ heç nə məlum deyil. Hər şey yaxın günlərdə həll olunacaq”.
Balotelli 2023/24 mövsümünün sonunda Türkiyənin “Adana Dəmirspor” klubundan ayrılıb. İtaliyalı hücumçu həmin vaxtdan azad agent statusundadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin