Balotellidən milli ilə bağlı açıqlama: “Mən robot və ya axmaq deyiləm”
AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Finlandiya (2:0) və Lixtenşteynlə (6:0) oyunlar üçün İtaliya millisinin heyətinə çağırılmayan “Marsel”in futbolçusu Mario Balotelli açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu, millidən imtina edə biləcəyini deyib:
“İtaliya millisinin bəlkə də, bir gün mənə ehtiyacı olacaq, amma bu qədər alçaldıldığım, zərər gördüyüm illərin ardından bəlkə bu təklifdən imtina edəcəm. Mən robot və ya axmaq deyiləm. Çox vaxt lazımsız gərginliklərdən qaçmaq üçün haqqımda deyilənlərə cavab vermirəm. Amma hamısını eşidirəm və görürəm. Artıq bezdim”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin