Aquero: “Balotelli, sən Argentina millisində oynamalı idin!”
Argentina millisinin keçmiş futbolçusu Serxio Aquero karyerasını Türkiyədə davam etdirən Mario Balotelli ilə bağlı danışıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı sabiq hücumçu, “Adana Dəmirspor”da forma geyinən Balotellinin Argentina millisində oynamalı olduğunu söyləyib:
“Sən Argentina millisində oynamalı idin! Biz burada çılğın insanları sevirik. Sən də eləsən, Balotelli”.
Balotelli Şimali Makedoniya millisi ilə DÇ-2022-nin yarımfinal pley-off matçı üçün İtaliya yığmasının heyətinə daxil edilməmişdi. İtaliya millisi həmin görüşdə 0:1 hesabı ilə məğlub olaraq, Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməyib.
Bizi Telegramda da izləyin.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin