Balotelli “Roma”nın yeni transferini Halanda bənzətdi
İtaliya millisinin və “Mançester Siti”nin sabiq hücumçusu Mario Balotelli “Roma”nın ukraynalı forvardı Artem Dovbik haqda danışıb.
Komanda.az AS-a istinadən xəbər verir ki, italiyalı futbolçu, Dovbikin oyun üslubunun Erlinq Haland kimi olduğunu bildirib:
“Dovbikin oyun üslubu Erlinq Haland kimidir. Bu adam ən yaxşı koordinasiyaya malik deyil, amma onun güclü olduğunu və cərimə meydançasının içindən qol vura biləcəyini deyə bilərsiz. Düşünürəm ki, o, 10-dan çox qol vuracaq”.
Dovbik yay transfer pəncərəsində İspaniyanın “Jirona” klubundan “Roma”ya keçib. 27 yaşlı ukraynalı hücumçu İtaliya çempionatının cari mövsümündə 4 oyun keçirib, 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin