Balotelli “Qalatasaray”da?

Hazırda “Nitsa”da forma geyinən Mario Balotelli Türkiyə klubuna transfer oluna bilər.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Qalatasaray” 28 yaşlı futbolçunu İstanbula dəvət edib. Hücum xəttində problem yaşayan “cim-bom”un italiyalı futbolçu ilə danışıqlar apardığı və onun klub rəhbərliyi ilə görüşmək üçün Türkiyəyə gəldiyi bildirilir.

Cari mövsümün sonunda “Nitsa” ilə müqaviləsi bitəcək Balotellinin komandadan ayrılacağı gözlənilir. O, bu mövsüm “Nitsa” formasıyla 10 oyunda iştirak etsə də, qol hesabını aça bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button