Balotelli özünə İtaliyada klub axtarır

İtaliyalı hücumçu, hazırda azad agent olan Mario Balotelli yeni klub axtarışından danışıb.

Komanda.az “Tribal Football”-a istinadən xəbər verir ki, 35 yaşlı futbolçu bir neçə variantının olduğunu deyib:

“Mən müstəqil şəkildə məşq edirəm və əla fiziki vəziyyətdəyəm. İtaliyada komanda tapmaq istəyirəm. İndi bir neçə variantım var, amma tələsmək istəmirəm. Yanvara qədər gözləyəcəm, sonra yekun qərar verəcəm”.

Balotellinin son klubu “Cenoa” olub. O, “İnter”, “Mançester Siti”, “Liverpul” və “Milan” kimi klublarda çıxış edib. Futbolçu İtaliya millisinin heyətində 36 matçda meydana çıxıb, 14 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button