Balotelli mövsümün qalan hissəsini evdə keçirməli olacaq?

Mario Balotelli ilə “Cenoa”nın baş məşqçisi Patrik Vieyra arasında anlaşılmazlıq getdikcə dərinləşir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçunun adı A Seriyasının dünən keçirilən 21-ci turunun açılış matçında “Roma” ilə oyunun iştirak ərizəsinə belə, daxil edilməyib.

Mübahisələrə baxmayaraq, Balotelli mövsümün sonuna qədər “Cenoa”da qalmaq niyyətindədir. Amma bu şərtləri nəzərə alsaq, o, mövsümün qalan hissəsində yalnız ehtiyat oyunçular skamyasında və ya hətta evdə, televizor qarşısında oturmalı olacaq.

34 yaşlı forvardın oyunlarda olmaması ilə bağlı mümkün zədə, xəstəlik və ya buna bənzər başqa bir izahat verilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button