
Balotelli MLS və Meksika arasında seçim edəcək
Hazırda azad agent olan hücumçu Mario Balotellinin xaricdə oynamaq imkanı var.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, MLS və Meksika klubları italiyalı futbolçu ilə maraqlanır.
Balotellinin son iş yeri “Cenoa” olub. 34 yaşlı forvard 2024/25 mövsümündə A Seriyasında 6 matçda iştirak edib və qol vurmayıb. O, Avropada “İnter”, “Mançester Siti”, “Milan”, “Liverpul” və digər komandalardakı çıxışı ilə tanınır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin