Balotelli D Seriyası klubu ilə anlaşıb

Enok Balotelli İtaliya futbolunun dördüncü ən güclü liqası olan D Seriyasında çıxış edən “Vado” klubu ilə müqavilə imzalayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, məhşur futbolçu Mario Balotellinin qardaşı üçün bu, statusun aşağı salınmasıdır. Çünki o, əvvəlki mövsümü “Pro Palazzolo” və “Ospitaletto”da keçirib. “Ospitaletto” uğurlu çıxış edərək C Seriyasına yüksəlməyi bacarıb.

Balotelli orada keçirdiyi 19 matçda 3 qol vurub, ancaq növbəti mövsüm üçün onunla müqavilə imzalanmayıb. Bununla belə, onun seçdiyi “Vado”nun da daha yüksək liqaya çıxmaq üçün hər cür şansı var. Komanda son mövsümdə buna çox yaxın idi, ancaq pley-off finalında məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button