Balotelli milli komandadan dəvət gözləyir
İtaliya millisinin sabiq hücumçusu Mario Balotelli yenidən yığmada oynamaq istəyindən danışıb.
Komanda.az “ITA Sport Press”-ə istinadən xəbər verir ki, o, millidən ayrılmağın anlıq qərar olduğunu söyləyib:
“Şimali Makedoniya yığması ilə oyundan sonra milli komandaya qayıtmayacağımı dedim, amma bu, sadəcə olaraq, bir anlıq qərar idi. Amma heç vaxt millinin qapısını özümə bağlamayacam. Daim dəvət almağı tələb etmirəm, amma bəzən mənə zəng edə bilərsiz”.
33 yaşlı futbolçu 2010-cu ilin yayında İtaliya millisində debüt edib, 36 matçda iştirak edib, 14 qol vurub.
Balotelli hazırda Türkiyənin “Adana Dəmirspor” klubunda forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin