Balotelli İtaliyanın 2 klubunun “radar”ındadır

Mario Balotelli yaxın gələcəkdə futbolçu karyerasını bərpa edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı hücumçu “Cenoa” ilə danışıqları davam etdirir. Bundan əlavə, Balotelliyə “Torino” da maraq göstərir, lakin bu klub arxa plandadır.

34 yaşlı futbolçu Türkiyənin “Adana Dəmirspor” klubundan ayrıldıqdan sonra yaydan bəri işsizdir. O, “İnter”, “Milan” və “Mançester Siti” kimi bir çox komandalarda çıxış edib.

 “Cenoa” hazırda İtaliya çempionatının turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button