Balotelli: “Məni ora-bura göndərməyi dayandırın!”

Mario Balotelli 3-cü liqa klubu ilə danışıqlar nəticəsində İspaniyaya gedə biləcəyi ilə bağlı şayiələri təkzib edib.

Komanda.az xəbər verir ki, 34 yaşlı italiyalı hücumçu sosial şəbəkə hesabındakı paylaşımında şayiələri o qədər bəyənməyib ki, o da öz növbəsində mətbuata hücum etmək qərarına gəlib:

“Uydurmağı, məni ora-bura göndərməyi dayandırın! Sakit olun, müqavilə bağlananda hər şeyi biləcəksiz. Siz jurnalistlər sadəcə yalan danışırsız. Onsuz da bezmişəm. Siz gülünc və dözülməz olmusuz”.

Balotellinin son klubu “Adana Dəmirspor” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button