Balotelli yeni klubu haqda danışdı: “Həyəcanlıyam”
Mario Balotelli İtaliyanın “Cenoa” klubu ilə bütün məsələlərdə razılıq əldə edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçu açıqlama verərək, həyəcanlı olduğunu bildirib:
“Həyəcanlıyam. Danışmaq üçün elə də həvəsim yoxdur. Meydana çıxmaq üçün səbirsizlənirəm. “Cenoa”nın azarkeşlərinə salam göndərirəm. Bu komanda üçün hər şeyimi verəcəm. Düşünürəm ki, ən qısa zamanda hazır olacam”.
Balotelli tibbi müayinədən keçmək üçün artıq klubun düşərgəsinə gedib.
34 yaşlı hücumçu ötən mövsüm Türkiyənin “Adana Dəmirspor” komandasında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin