Balotelli sıradan çıxıb

“Adana Dəmirspor”un futbolçusu Mario Balotelli zədələnib.

Komanda.az “NTV Spor”-a istinadən xəbər verir ki, klub prezidenti Murat Sancak italiyalı hücumçunun ölkəsində əməliyyat olunacağını bildirib.

Klub rəhbəri Balotellinin 2-3 ay meydana çıxa bilməyəcəyini deyib.

Sentyabr ayında Adana təmsilçisinə keçən 33 yaşlı forvard Super Liqada 5 oyuna çıxıb və 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button