Ballakdan nümunəvi addım – keçmiş klubuna 40 ədəd forma bağışladı

Sabiq futbolçu Mixael Ballak nümunəvi addımla yadda qalıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, almaniyalı sabiq futbolçu, maddi çətinlik yaşayan keçmiş klubu “Çemnitzer”ə yardım edib. Belə ki, o, karyerası boyunca geyindiyi 40 ədəd imzalı formasını kluba bağışlayıb. Bu formalar hərracda satılacaq. Formalar üçün minimum təklif 200 avrodur.

“Çemnitzer”in növbəti mövsümə qatılmaq və lisenziya almaq üçün 450 min avroya ehtiyacı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button