Ballak: “İngiltərə futbolçularına yazığım gəlir”

Almaniya millisinin sabiq yarımmüdafiəçisi Mixael Ballak İngiltərə yığmasının 2024-cü il Avropa çempionatındakı oyun tərzi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Welt”-ə istinadən xəbər verir ki, Almaniya millisinin keçmiş üzvü, ingiltərəli futbolçulara yazığının gəldiyini bildirib:

“Belə bir heyətlə “Union” (Berlin) kimi oynaya bilməzsən. İngiltərə futbolçularına yazığım gəlir. Onlar öz klublarında gözəl oyun nümayiş etdirirlər, sonra milliyə gəlib belə oynayırlar. Onların performansından məyus oldum. Hərəkətlərində kreativlik azdır, komanda çox mövqeli oynayır”.

İngiltərə millisi iki matçdan sonra 4 xalla öz qrupunda birinci yerdədir.

Qaret Sautqeytin yetirmələri son matçda Danimarka yığması ilə 1:1 hesablı heç-heçə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button