
Ballak Almaniya millisini tənqid etdi
Almaniya millisinin sabiq yarımmüdafiəçisi Mixael Ballak keçmiş komandasının Millətlər Liqasının yarımfinalında Portuqaliya yığmasına 1:2 hesablı məğlubiyyətini şərh edib.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, o, oyuna nəzarət edə bilmədiklərini söyləyib:
“Matçın başlanğıcı ləng və xaotik idi. Sonra komandamız təşəbbüsü ələ aldı və qol vurmağı bacardı. Bundan sonra yenidən passivləşdik, oyuna nəzarət edə bilmədik. Nə fiziki hazırlıq, nə də oyun keyfiyyəti yox idi. Komanda hər dəqiqə təslim olmağa başladı. Nə yaxşı ki, daha da pis bitmədi”.
Finalda Portuqaliya millisi İspaniya və Fransa yığmaları arasındakı matçın qalibi ilə qarşılaşacaq. Oyun bu gün keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin