“Barselona”nın futbolçusu irqçiliyə məruz qalıb
“Barselona”nın sol cinah müdafiəçisi Alexandro Balde irqçi təhqirlərlə üzləşdiyini bildirib.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, “Xetafe” ilə oyun zamanı irqi təhqirlərə məruz qalıb və bunu hakimə deyib:
“Matç zamanı öz ünvanıma çoxlu irqçi təhqirlər eşitdiyim üçün şikayət etməyə hazırlaşırdım. Bu barədə hakimi xəbərdar etdim”.
Hakim oyunçunun müraciətini protokola daxil edib.
Kataloniyalılar dünən La Liqanın 20-ci turu çərçivəsində səfərdə “Xetafe” ilə qarşılaşıb (1:1).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin