Balayevin komandasından heç-heçə
Futbol üzrə Qazaxıstan çempionatında 8-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası – “Turan” da növbəti maçtına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Atırau” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Emil bu görüşün iştirakçısı olmayıb. Millimizin qolkiperi matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
“Turan” 8 turdan sonra 7 xalla 14 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin