Balayevin komandasından “Astana” ilə heç-heçə
Futbol üzrə Qazaxıstan çempionatında 9-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası – “Turan” da növbəti maçtına çıxıb.
Sözügedən kollektiv səfərdə “Astana” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 3:3.
Emil bu görüşün iştirakçısı olmayıb. Millimizin qolkiperi matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
“Turan” 9 turdan sonra 8 xalla 14 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin