Balayev zədələndi, “Tobol” darmadağınla yarımfinala çıxdı
Futbol üzrə Qazaxıstan kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Emil Balayevin şərəfini qoruduğu “Tobol” da bu turnirdə növbəti matçına çıxıb.
Kostanay təmsilçisi səfərdə turnirin əsas favoritlərindən olan “Kayrat”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan sürpriz hesabla (5:1) qələbə qazanaraq, yarımfinala vəsiqə qazanıb.
Balayev də bu oyunun iştirakçısı olub. Lakin o, start heyətdə meydana çıxsa da, 41-ci dəqiqədə əvəzlənməli olub. Buna onun zədə alması səbəb olub. Həkimlərin müdaxiləsinə baxmayaraq, Emin oyunu davam etdirə bilməyib və hesab 2:0 olarkən meydanı tərk edib.
“Tobol”la yanaşı “Kaysar”, “Ordabası” və “Atırau” da yarımfinala yüksəlib. Emilin komandasının növbəti rəqibi bu gün keçiriləcək püşkatma nəticəsində müəyyənləşəcək.
Bizi Facebook-da izləyin