Balayev ehtiyatda qaldı, “Turan” evdə xal itirdi

Futbol üzrə Qazaxıstan Premyer Liqasında 14-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Emil Balayevin şərəfini qoruduğu “Turan” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Akjayık”la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1.

Emil bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Hazırda 12 xalı olan “Turan” 14 komanda arasında 12-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Balayevin “Turan”dan ayrılacağı və “Səbail”ə keçəcəyi ilə bağlı xəbərlər yayılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button