“Baku Fire” qış fasiləsinə zirvədə yollandı
Bu gün futzal üzrə Yüksək Liqada 8-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, “Olimpik Star”da Bakı-Qroznı reysini yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar bir dəqiqəlik sükut elan olunub.
Son çempionla debütantın dueli “qırmızı-ağlar”ın böyükhesablı qələbəsi ilə yekunlaşıb. İkinci oyun daha məhsuldar olub. “Neftçi”nin heyətində Namiq Məmmədkərimov və Vahib Xocayev hərəyə 5 qol vurmaqla yadda qalıb. Yüksək Liqada ilin son matçı liderin inamlı qələbəsi ilə başa çatıb və “Baku Fire” tarixində ilk dəfə qış fasiləsinə turnir cədvəlinin zirvəsində yollanıb.
Araz-Naxçıvan – Şuşa 6:0
Neftçi İK – Yasamal Bakı 18:1
Baku Fire – U-19 9:1
Bizi Facebook-da izləyin