
Şəhriyarın 250-ci oyunu
Bakının “Səbail” klubunun futbolçusu Şəhriyar Rəhimov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.
Komanda.az xəbər verir ki, yubiley Premyer Liqanın 18-ci turunun “Sabah”la matçına (0:0) təsadüf edib.
2007/08 mövsümündə “İnter”in (indiki “Keşlə”) heyətində debüt oyununu keçirən Rəhimov sonradan daha 5 klubun formasını geyinib. O, sonradan Bakıda AZAL, “Rəvan” və “Sabah”, paytaxtdan kənarda “Karvan”la “Kəpəz”in formasını geyinib. Şəhriyarın hesabında 14 qol var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin