“Bakı”nın Avropa kubokundakı rəqibi bəlli oldu
Kişi həndbolçulardan ibarət komandaların Avropa Həndbol Federasiyası (EHF) tərəfindən təşkil olunmuş Avropa kuboku yarışlarında 2022/23 mövsümünə start verilib.
Komanda.az xəbər verir ki, qitə miqyaslı turnirdə Azərbaycanı təmsil edəcək “Bakı” klubu mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulacaq.
Artıq Azərbaycan çempionunun rəqibi də məlumdur. Bu komandanın adı Bosniya və Herseqovinanın “Qraçanisa” və Kosovonun “Kastrioti” kollektivlərinin oyunlarında müəyyənləşib. İki raundluq mübarizənin hər iki görüşünü 36:22 hesablı qələbə ilə başa vuran Bosniya və Herseqovina təmsilçisi ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb.
“Bakı” və Qraçanisa“ komandalarının oyunları oktyabrın sonu və ya noyabrın əvvəlinə planlaşdırılır. Oyunların məkanı iki klub arasındakı razılaşmaya əsasən müəyyənləşəcək.
Bizi Facebook-da izləyin