Olimpiya Təsnifat turnirində iştirak edəcək Azərbaycan güləşçiləri məlum olub

Aprelin 5-dən 7-dək Milli Gimnastika Arenasında keçiriləcək güləş üzrə Olimpiya Təsnifat turnirində Azərbaycanı 14 güləşçi təmsil edəcək.

Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Aprelin 5-də yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Millinin 4 üzvü – Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) ilk yarış günündə Olimpiadaya lisenziya qazanmağa çalışacaq.

Növbəti gün qadın güləşi üzrə millinin 5 üzvü xalça üzərinə çıxacaq. Mariya Stadnik (50 kq), Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) ölkəmizi bu növdə təmsil edəcək.

Son yarış günündə estafet sərbəst güləşçilərə keçəcək. Millinin 5 üzvü – Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq) və Georgi Meşvildişvili (125 kq) “doğma divarlar” arasında azarkeşləri sevindirməyə çalışacaq.

Avropa Olimpiya Təsnifat turnirində hər çəkidə iki güləşçi Paris-2024-ə vəsiqə qazanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button