
Bakıdakı “Formula 1” yarışına bütün biletlər satılıb
“Formula 1” üzrə Azərbaycan qran-prisinə bütün biletlər satılıb.
Komanda.az bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən məlumat verir.
Yarışa olan maraq gözləntiləri üstələyib: “Azarkeşlərin böyük marağı səbəbindən bu il Bakı yarışının 8 tribunasına “Zəfər” və “Qız Qalası” tribunaları əlavə edilib. Yarış tribunalarının ümumi tutumu ötən ilə nisbətdə 35 faiz artırılıb.
Azərbaycan qran-prisi 13-15 setyabr aralığında baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin