Bakıdakı dünya kubokunda daha bir növdə mükafatçılar məlum olub
Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2023”də daha bir növdə mükafatçılar məlum olub.
Komanda.az xəbər verir ki, kişilər arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atış üzrə yarışın final mərhələsi keçirilib.
8 idmançının medallar uğrunda mübarizə apardığı finalda üçüncü yeri çinli Lihao Şenq tutub. O, mərhələni 230.5 xalla başa vurub. Gümüş medalı Hindistan təmsilçisi Hriday Hazarika əldə edib. O, 251.9 xal qazanıb.
Yarışın qalibi isə Macarıstan idmançısı Zalan Pekler olub. 252.4 xal toplayan Pekler bütün rəqiblərini qabaqlayıb.
Bu gün, həmçinin, qadınlar arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atış üzrə yarışın qalibi bilinəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin