Bakıdakı dünya kubokunda bürünc medalların sahibi bəlli oldu
Bakıda keçirilən yunan-Roma güləşi üzrə dünya kubokunda üçüncülük görüşü keçirilib.
Komanda.az xəbər verir ki, bürünc medal uğrunda matçda Türkiyə və dünya yığması qarşılaşıb.
Görüş dünya yığmasının qələbəsi ilə başa çatıb. Ümumi hesab 5:5 olsa da, dünya yığmasının üzvlərindən biri tuşe ilə qalib gəldiyi üçün komanda bürünc medal qazanıb.
Yunan-Roma güləşi üzrə dünya kuboku
Üçüncü yer uğrunda görüş
55 kq
Muhammed Emin Çakır – Nuqzari Tsurtsumia – 7:10
60 kq
Mükremin Aktaş – Aidos Sultanqali – 1:7
63 kq
Ahmet Uyar – Leri Abduladze – 1:3
67 kq
Murat Fırat – Coni Xetsuriani – 1:1 (sonuncu xal prinsipi ilə türk güləşçi qalib gəlib)
72 kq
Selçuq Can – Andrii Kulik – 3:4 (Ukrayna təmsilçisi tuşe ilə qələbə qazanıb)
77 kq
Yunus Emre Başar – Zoltan Levay – 7:6
82 kq
Burhan Akbudak – Jalqasbay Berdimuratov – 8:5
87 kq
Ali Cengiz – Aleks Kessidis – 4:2
97 kq
Metehan Başar – Nikoloz Kaxelaşvili – 1:1 (Sonuncu xal prinsipi ilə gürcü idmançı qalib gəlib)
130 kq
Fatih Bozkurt – Mantas Knistaustas – 4:1
Bizi Facebook-da izləyin