Bakıdakı dünya çempionatında azarkeş rekordu qeydə alınıb

Minifutbol üzrə dünya çempionatının 1/4 final mərhələsində keçirilən Azərbaycan – İngiltərə matçını 7007 azarkeş izləyib.

Bu barədə Komanda.az-a Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Bu, minifutbol üzrə dünya və Avropa çempionatları tarixində qeydə alınan ən böyük göstəricidir.

Bundan əvvəl ən çox azarkeş Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının açılış matçında – Slovakiya – Belçika görüşündə olub (6513).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button