Bakıdakı DÇ-nin altıncı gününün püşkü atıldı
Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında altıncı gününün püşkü atılıb.
Komanda.az xəbər verir ki, iyunun 3-də Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulacaq.
62 kq-da rinqə çıxacaq Fatimə Məcidova mundailda debüt görüşünə 1/16 finaldan başlayacaq. O, ilk döyüşünü Kristina Kaspa (İtaliya) – Kiem Bak Ti (Vyetnam) cütünün qalibinə qarşı keçirəcək.
74 kq çəkidə qüvvəsini sınayacaq Eltac Qafarovun rəqibi 1/32 final qarşılaşmasının nəticəsinə əsasən bəlli olacaq. Təmsilçimiz 1/16 finalda Vasilliy Peruniçiç (Çernoqoriya) – Çarlill Mersyer (Kanada) cütünün güclüsü ilə münasibətinə aydınlıq gətirəcək.
Dünya çempionatı iyunun 4-də başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin