Bakıdakı DÇ-də qrup mərhələsinin 2-ci turuna yekun vuruldu

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günə yekun vurulub.

Komanda.az xəbər verir ki, keçirilən 8 qarşılaşmadan sonra qrup mərhələsində 2-ci turun oyunları başa çatıb.

Matçlar Milli Gimnastika Arenasında reallaşıb.

E qrupunda yer alan Monteneqro millisi Sloveniya ilə qarşılaşıb və ilk qələbəsini darmadağınla qazanıb – 9:0. Bu qrupun digər görüşündə Tailand İndoneziyanı 4 cavabsız qolla üstələyib.

E qrupu: Monteneqro – 4, Tailand – 4, İndoneziya – 3, Kosta Rika – 0.

F qrupunda mübarizə aparan Bosniya və Herseqovina Qazaxıstanın müqavimətini qıra bilməyib və görüş 1:1 hesabı ilə yekunlaşıb. Qrupun digər duelində – ABŞ – Polşa qarşılaşmasında hesab açılmayıb.

F qrupu: Bosniya və Herseqovina – 4, Polşa – 4, Qazaxıstan – 1, ABŞ – 1.

Gürcüstan və Argentina komandalarının qarşılaşdığı G qrupunda avroplalılar 6:1 hesabı ilə qələbə qazanıblar. Çexiya isə BƏƏ-dən güclü olub – 7:2. Hərəyə 6 xalı olan Gürcüstan və Çexiya yığmaları pley-off mərhələsini vaxtından əvvəl təmin ediblər.

G qrupu: Çexiya – 6, Gürcüstan – 6, Argentina – 0, BƏƏ – 0.

H qrupunda Serbiya İspaniyanı məğlub edib – 4:1. İsrail yığması isə Qanaya heç bir şans tanımayıb – 4:0. 6 xalı olan serblərin pley-offa yüksələcəyi dəqiqləşib.

H qrupu: Serbiya – 6, İsrail – 3, İspaniya – 3, Qana – 0.

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button