Bakıda UEFA-nın dəstəyi ilə festival keçirildi
Bakıda AFFA-nın təşkilatçılığı, UEFA-nın, həmçinin Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 5-8 yaşlı qızlar üçün təşkil olunan “Playmakers” layihəsinin tədris ilinin yekunu ilə əlaqədar “ASCO Arena”da futbol festivalı keçirilib.
Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, qadın futbolunun inkişafı məqsədilə təşkil edilən festivalda uşaqlar futbol oynayıb, əyləncəli vaxt keçiriblər.
Sonda iştirakçılar müvafiq diplomlarla təltif ediliblər.
Festivalda Bakının 20 məktəbindən 200-dən çox qız iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin