
Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursunun 3-cü mərhələsi keçirilib
Bakıda Milli Komandaların Təlim-Məşq Mərkəzində qapıçılar üzrə məşqçilər üçün UEFA-nın B kateqoriyalı məşqçi kursunun 3-cü mərhələsi keçirilib.
Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, məşğələlərə yerli təlimatçılar Faiq Əzizov, Üzeyir İbrahimov, Elşən Poladov və UEFA-nın qapıçılar üzrə təlimatçısı Mart Poom rəhbərlik ediblər.
Məşqçi kursunun 1-ci mərhələsi martda, 2-ci mərhələsi mayda baş tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin