
Bakıda UEFA A kursu keçirilib
AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində qapıçılar üzrə məşqçilər üçün UEFA-nın A kateqoriyalı məşqçi kursunun birinci mərhələsi keçirilib.
Komanda.az xəbər verir ki, iki gün çəkən məşğələlərə təlimatçı Faiq Əzizov rəhbərlik edib.
Tədbirin ilk günündə AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə və təhsil şöbəsinin rəhbəri Aslan Kərimov da iştirak ediblər.
Kurs fasilələrlə 1 il davam edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



